Moskva Arbitraj Məhkəməsi “Sberbank”ın ərizəsi əsasında Azərbaycan Beynəlxalq Bankının (ABB) törəməsi olan “ABB-Moskva”nın kapitalındakı 41,6% paya həbs qoyub. Bu barədə məhkəmə materiallarında qeyd olunur.
Məhkəmə, həmçinin Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə İdarəsinə sözügedən payla bağlı qeydiyyat hərəkətlərini yerinə yetirməyi qadağan edib.
ABB 2017-ci ilin yazında öhdəliklərinin könüllü restrukturizasiyası barədə elan edib. Bakı məhkəməsi avqustda bankın ərizəsini və restruturizasiya planını təsdiq edib.
“Sberbank” bu ilin aprel ayında ABB-dən kredit müqaviləsi üzrə $21,3 mln. məbləğində borcun tutulması iddiası ilə İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsinə müraciət edib.
Rusiya məhkəməsinin materiallarında bildirilir ki, Nyu-Yorkun Cənub dairəsi üzrə Federal Məhkəmə ABB-nin ABŞ ərazisində olan aktivlərinə moratorium tətbiq edib.
"Beləliklə, məhkəmə tərəfindən ABB-yə və ya əmlaka qarşı istənilən prosessual hərəkətə təşəbbüs edilməsinə qadağa qoyulduğu üçün "Sberbank" ABŞ ərazisində kredit müqaviləsinin icrasına nail olmaq imkanından məhrumdur", - deyə məhkəmənin qərarında qeyd olunur.
Bundan başqa, bu ilin mart ayında ABB “ABB-Moskva”nın ləğv olunmasına dair qərar qəbul edib.
"Bu cür hallar “Sberbank” PSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı iddia tələblərinin təlmin olunduğu və ya məhkəmə qərarının icrası üçün pul vəsaitlərinin çatışmazlığı təqdirdə qərarın icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər", - deyə məhkəmə materiallarına bildirilir.
"Вета" qiymətləndirmə şirkəti “ABB-Moskva”nın 41,6% payını 1,317 mlrd. rubl məbləğində qiymətləndirib.
“Sberbank”, həmçinin ABB-nin Rusiya ərazisində ümumi dəyəri $21,3 mln.-a qədər olan digər əmlakına da həbs qoyulmasını tələb edib. Lakin məhkəmə bu tələbi təmin etməyib, çünki vəsatətdə həbs qoyulması tələb olunan əmlakın siyahısı, onun fərdi əlamətləri, eləcə də ABB-yə məxsus olmasını sübut edən faktlar yer almır.
Məhkəmənin qərarı dərhal icra olunmalıdır. Qərardan onun qəbul olunduğu tarixdən etibarən 1 ay ərzində Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət