Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Cəlilabad-şərab-9" SC-ninsəhmlərinin 99,72%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Müəssisənin 187,075 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramı müəssisənin fəaliyyətinin bərpası və/və ya digər istehsal (emal) sahəsinin yaradılmasına yönəldilməlidir. İnvestisiya Proqramına fəaliyyət növündən asılı olaraq yeni texnologiyaların tətbiqinə dair təkliflər; istehsal olunan məhsulun çeşidinin artırılmasına dair təkliflər; mövcud tikili və qurğuların bərpasına, habelə zəruri tikililərin inşasına dair təkliflər; yeni iş yerlərinin yaradılmasına dair təkliflər daxil olmalıdır.
İnvestisiya Proqramının ümumi həcmi 400 min manatdan az olmamalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 120 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri bəyan edilmiş sərmayələrin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına köçürməli və silinmək üçün özəlləşdirmə çeklərini təqdim etməlidir.
Müsabiqə üzrə təkliflər 2018-ci il iyulun 12-nə qədər qəbul ediləcək və 14 iyul tarixində qiymətləndiriləcək.
“Cəlilabad-şərab-9” Cəlilabad rayonunda yerləşir. Müəssisə 1981-ci ildə istifadəyə verilib və üzüm emalı və şərab istehsalı ilə məşğul olur. Hazırda müəssisədə 1 nəfər çalışır.
1 may 2018-ci il tarixinə müəssisənin nizamnamə kapitalı 375,214 min manat təşkil edir və bir qiymətli kağızın nominal dəyəri 2 manata bərabər olan 187,607 min səhmə bölünüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət