“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanda depozitlər üzrə dollarlaşma səviyyəsinin yüksək olduğunu qeyd edir.
"Depozitlərin dollarlaşma səviyyəsi MDB ölkələri arasında Azərbaycanda və Belarusda yüksəkdir. Son 2-3 il ərzində Azərbaycanda bu göstərici aşağı düşsə də, 70%-dən çox təşkil edir ki, bu da çox yüksək göstəricidir", - deyə “Moody`s”in maliyyə institutları üzrə analitiki Pyotr Paklin bu gün Bakıda agentliyin Azərbaycan üzrə illik sammitində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda xarici valyutada kreditlər üzrə dollarlaşma həddi 40%-dək təşkil edir. "Biz valyuta depozitlərinin ümumi strukturunu nəzərə alsaq, bu, qısa açıq valyuta mövqeyinə gətirib çıxarır. 2018-ci ilin I rübündə sektor üzrə mövqe pisləşsə də, qısa olaraq qalır", - deyə analitik qeyd edib.
P.Paklin vurğulayıb ki, MDB ölkələri arasında valyuta riskinin səviyyəsi təkcə Rusiya və Qazaxıstanda mötədil olaraq qiymətləndirilir. "Burada dollarlaşma aşağı həddədir və sığorta alətləri kifayət qədər yaxşı işləyir. Azərbaycan da daxil olmaqla qalan ölkələrdə isə olduqca yüksəkdir", - deyə o əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət