Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və kommersiya bankları “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş”in ilkin versiyasını müzakirə ediblər. Bu barədə MBNP-nin məlumatında deyilir.
"Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş”in ilkin versiyası kommersiya bankları və dövlət qurumlarının nümayəndələri ilə müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Müzakirələrin yekunu üzrə banklar tərəfindən Kollektiv Sazişin layihəsinə dair təkliflərin təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası və banklar arasında görüş keçirilib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan görüşdə "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması" sərlövhəli tədbirin icrası üzrə Dünya Bankı ilə birlikdə hazırlanmış "Bakı yanaşması"nın təqdimatı keçirilib.
"Bakı yanaşması" əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, palata və prosesdə iştirak etmək niyyətində olan banklar arasında kollektiv sazişin bağlanılmasını nəzərdə tutur. Bu yanaşmanın əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət