Azərbaycan və Başqırdıstan Azərbaycan ərazisində neft avadanlığı və kaustik soda istehsalı üzrə birgə müəssisələrin yaradılması məsələsini nəzərdən keçirir. Bu barədə Başqırdıstan Respublikası hökumətinin rəsmi saytında məlumat verilir.
Bu məsələ iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ilə Başqırdıstanın baş nazirinin müavini Fərhad Səmədovun başçılıq etdiyi nümayəndə heyətinin Bakıda görüşü zamanı müzakirə olunub.
"Görüşdə Azərbaycan və Başqırdıstan arasında sənayenin digər sahələrində, xüsusilə əczaçılıq və kimya sənayesi məhsullarının istehsalı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub", - deyə məlumatda bildirilir.
F.Səmədov vurğulayıb ki, Başqırdıstan neft-kimya və əczaçılıq sahələrində güclü istehsal və elmi potensiala malikdir.
Başqırdıstan nümayəndə heyəti energetika naziri Pərviz Şahbazovla da görüşüb.
"Azərbaycan Başqırdıstanda istehsal olunan energetika avadanlığı və neft-kimya sahəsində texnoloji yeniliklərdə maraqlıdır", - deyə məlumatda qeyd olunur.
Başqırdıstan hökumətinin məlumatına görə, 2017-ci ilin yekunları üzrə Azərbaycanla ticarət dövriyyəsinin həcmi təxminən $18 mln. təşkil edib. Başqırdıstan Azərbaycana ağac məmulatları, kimya sənayesi məhsulları, neft-qaz sənayesi üçün avadanlıq, qara metal və ondan hazırlanan məmulatlar, kənd təsərrüfatı məhsulları və ərzaq malları tədarük edir. Azərbaycandan isə bu ölkəyə kənd təsərrüfatı, ərzaq malları və s. idxal olunur.
Başqırdıstan ərazisində kənd təsərrüfatı, mehmanxana biznesi, ictimai iaşə, tikinti və inşaat sahələrində Azərbaycan kapitalına malik 6 müəssisə fəaliyyət göstərir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət