Azərbaycan İqtisadiyyat Nazirliyinin Həştərxana təşkil etdiyi ixrac missiyasına 30 şirkətin nümayəndələri daxildir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Bu, «Made in Azerbaijan» brendinin təşviqi məqsədilə 2018-ci ildə təşkil olunmuş ilk ixrac missiyasıdır.
"Missiyanın tərkibinə kənd təsərrüfatı, tikinti, yüngül sənaye, emal və digər sahələrdə fəaliyyət göstərən şirkətlər daxildir”, - deyə məlumatda bildirilir.
Səfər zamanı Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək və Azərbaycan mallarının təqdimatı keçiriləcək.
Bundan başqa, mayın 31-də Həştərxanda Azərbaycan İş Mərkəzinin açılışı olacaq.
Mərkəzin ümumi sahəsi 5 min kvadrat metrdir. Binada sərgi zalı, ofislər, konfrans zalı və mini-otel yerləşəcək. Maliyyələşdirmə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Regiona sərmayələr 200 mln. rublu ötüb.
Yerli ekspertlər hesab edirlər ki, Azərbaycan İş Mərkəzinin açılması Azərbaycan və Həştərxan vilayəti arasında ticarət və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə şərait yaradacaq. Həştərxan gömrük dairəsinin məlumatına əsasən, 2017-ci ildə iki region arasında xarici ticarət dövriyyəsinin həcmi $17,9 mln. təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4 dəfə çoxdur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət