2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın bankların zərəri 57,1 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycanda ümumiyyətlə bankların xalis zərəri 148,1 mln. manat təşkil edib.
2018-ci ilin yanvar-aprel aylarında bankların faiz gəlirləri 561,2 mln. manat (2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 16,9% - İF), həmçinin verilən kreditlər üzrə - 386,6 mln. manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz xərcləri 159,3 mln. manat təşkil edib.
2018-ci ilin yanvar-aprel aylarında bankların faiz xərcləri 201,1 mln. manat (azalma 39,5%), o cümlədən, depozitlər üzrə - 126,7 mln. manat olub. Bankların qeyri-faiz xərcləri 325,6 mln. manat olub (artım 17,4%).
Bank sektorunun əməliyyat gəliri 193,8 mln. manat (2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 51,5% - İF), gəlirə vergi üzrə ödənişləri 10,1 mln. manat olub. Bundan başqa, hesabat dövründə 242,5 mln. manat məbləği banklar ehtiyatların formalaşmasına yönəldiblər. Nəticədə, 2018-ci ilin yanvar-aprel aylarında bank sektorunun zərəri 57,1 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda bankların xalis gəliri 883,6 mln. manat olub.
**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət