Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika naziri Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“Görüşdə “SOCAR Trading” ilə “Pertamina” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Anlaşma Memorandumu hər iki tərəfdən razılaşdırılıb və imzalanmaya hazırdır. Memorandum iki ölkənin müvafiq şirkətlərinin neft hasilatı, satışı və emalı sahələrində gələcək fəaliyyətini təmin edəcək”, - deyə məlumatda bildirilir.
Nazir P.Şahbazov Energetika Nazirliyinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət