Azərbaycanda aqroparkların yaradılmasına dövlət investisiyaları və kreditlərin həcmi 311,8 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Ölkənin bölgələrində aqroparkların yaradılmasına dövlət investisiyaları 311,8 mln. manat, o cümlədən, su təchizatı, irriqasiya, kommunal infrastrukturun yaradılmasına - 204,2 mln. manat təşkil edib”, - nazirlikdən qeyd ediblər.
Bundan əlavə, 15 aqroparkın yaradılmasına 100 mln. manatdan artıq məbləğdə güzəştli kreditlər ayrılıb. Həmin aqroparklara ümumi investisiyaların həcmi 400 mln. manatdan artıq qiymətləndirilir.
“Hazırda 30 rayonda 45 aqroparkın yaradılması üzrə iş həyata keçirilir. Həmin aqroparkların ümumi sahəsi 191,8 min hektar təşkil edir. Onların yaradılmasına ümumi investisiyalar 1,4 mlrd. manat həcmində qiymətləndirilir”, - nazirlikdən qeyd ediblər.
Həmçinin, nazirlik tərəfindən 14 aqroparkın rezidentlərinin fəaliyyətinin təminatı üçün 24 layihə üçün 565,5 mln. manat məbləğində investisiya təşviqi sənədi verilib.
Nazirlikdən vurğulanıb ki, Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboyda 4 aqroparkın yaradılması üzrə ilk mərhələ artıq başa çatıb.
2018-ci ildə Azərbaycanda 15 aqropark fəaliyyətə başlayacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət