İyunun 25-də Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodundaFransanın “Alstom Transportation S.A.” şirkətinin Azərbaycan üçünistehsal etdiyi ilk yük lokomotivinin - Prima T8-in (AZ8A) təqdimat mərasimi keçirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.
“Alstom Transportation S.A.” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Didye Pfleger Prima T8 (AZ8A) lokomotivinin üstünlüklərindən danışıb.
Prima T8 (AZ8A) Qazaxıstanda istehsal olunan və Azərbaycanın dəmir yollarında istifadə ediləcək dünyanın ən güclü lokomotivlərindən biridir və elektrikləşdirilmiş dəmir yollarında yüksək effektli dartı maşınları arasında liderdir. Bu lokomotiv yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma qabiliyyətinə malikdir.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, ADY “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivi alacaq. Bu lokomotivlərdən 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət