Cümə axşamı səhər “Azərbaycan İES” MMC-nin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
Yanğın zamanı cərəyan larından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb”, - nazirlik qeyd edir.
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Nəticədə respublika bir neçə saat işıqsız qalıb. Hazırda stansiyada təmir işləri aparılır.
Hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 85-86%-dir.
Lakin iyulun 3-də axşam saatlarında Bakı və Azərbaycanın əksər ərazisi yenidən işıqsız qalıb. Hazırda həm Bakı, həm də regionlarda enerji təchizatı 100% bərpa olunub.
Prezident İlham Əliyev Mingəçevir SES-də bərpa işlərini şəxsi nəzarətə götürüb. İ.Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Baş nazirin birinci müavini Komissiyanın sədri təyin olunub.
Baş vermiş hadisə ilə əlaqədar "yanğın təhlükəsizlik qaydalarını pozma", "vəzifədən sui-istifadə etmə" və "səhlənkarlıq" maddələri ilə cinayət işi qaldırılıb. Xüsusi olaraq yaradılmış ekspert komissiyası Azərbaycanın enerji sistemində baş vermiş qəzanın səbəblərini müəyyən etməlidir.
Prezident İlham Əliyev Mingəçevir SES-də bərpa işlərini şəxsi nəzarətə götürüb. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət