2018-ci il iyulun 1-nə Azərbaycanda 124,178 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 4,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ilin yanvar-iyun aylarında 6,085 min hüquqi şəxs qeydiyyatdan keçib, 335 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2018-ci il iyulun 1-nə respublikada 10,619 min kənd təsərrüfatı (artım 1,8%), 6,679 min təkrar emal (artım 3,5%), 12,314 min tikinti müəssisəsi (artım 3,6%) fəaliyyət göstərir.
Bundan başqa, 2018-ci ilin iyun ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 32,481 min (artım 4,4%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,674 min (artım 2,4%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,618 min (artım 7,3%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 5,281 min (artım 8,8%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,138 min (artım 5,5%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,886 min hüquqi şəxs (artım 2,6%) qeydiyyata alınıb.
İyulun 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 111,9 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 90,1%-i) özəl müəssisələrin, 7,545 min hüquqi şəxs xarici, 2,304 min hüquqi şəxs birgə müəssisələrin, 10,57 min hüquqi şəxs (8,5%) dövlət müəssisələrinin, 1,708 min hüquqi şəxs (1,4%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2018-ci il iyulun 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 814, min fiziki şəxs qeydiyyatdan keçib. 2018-ci ilin əvvəli ilə müqayisədə onların sayı 2,6% artıb.
Kənd təsərrüfatı sahəsində 220,415 min, emal sənayesi sahəsində 17,379 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 201,772 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,759 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12,292 min, inzibati və yardımçı xidmətlər sahəsində 3,01 min, tikinti fəaliyyəti ilə 6,362 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 38,202 min, nəqliyyat və anbar təsərrüfatı ilə 87,129 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 11,002 min, digər xidmətlərlə 167,056 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 68,06 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 244,898 min fiziki şəxs fəaliyyət göstərir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət