Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə kredit fəallığının tədricən bərpa olunduğunu qeyd edir.
“Azərbaycanda kredit fəallığı tədricən bərpa olunur. 2018-ci ilin birinci yarısı ərzində bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 375 mln. manat və ya 3,3% artıb”, - E.Rüstəmov bu gün mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli strukturunda 46% istehlak kreditlərinin payına düşüb. “2018-ci ilin əvvəlindən onların həcmi 4,7% artıb”, - E.Rüstəmov qeyd edib.
Bankir hesab edir ki, istehlak kreditləşməsinin artım templərinin yüksək olması perspektivdə „idxalın genişləndirilməsi və inflyasiya“ üçün müəyyən risklər yarada bilər.
Xəbər verildiyi kimi, 2015-ci ildə manatın devalvasiyasından sonra 2016-2017-ci illərdə ktreditləşmə həcminin azalması müşahidə olunub. Xüsusilə, 2016-2017-ci illərdə bankların və BOKT-ların kredit portfeli 2018-ci ilin əvvəlinə 21,1 mlrd. manatdan 11,3 mlrd. manatadək azalıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət