2018-ci ilin sentyabr-dekabr aylarında “Iteca Caspian” şirkəti Azərbaycanda 11 beynəlxalq sərgi və bir konfrans keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Builki sərgi mövsümü öz işinə iki yeni sərgi – 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi “Gift&Promo Fair” və 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi “AdPrint” sərgiləri ilə başlayacaq. Hər iki sərgi 20-22 sentyabr tarixində “Boulevard Hotel Baku” otelində keçiriləcək.
Sərgi mövsümü öz işini 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi ilə davam etdirəcək. Bu il sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu və açıq meydançasını əhatə edəcək. Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edəcəklər.Tədbirdə İtaliya, Bolqarıstan, Çin, Hollandiya, Litva və digər ölkələrin aparıcı şirkətləri tərəfindən quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri üçün raket nümunələri, hərbi dəniz gəmiləri, paraşüt / aviasiya avadanlıqları, PUA sistemləri, atıcı və artilleriya silahları, eləcə də müxtəlif döyüş sursatları, simulyatorlar (trenajorlar) və bir sıra digər məhsullar təqdim ediləcək.
Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Vertolyotları” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər.
Həmçinin builki payız sərgi mövsümünün təqviminə hər il keçirilən və artıq ənənəyə çevrilmiş sərgilər də daxil edilib: 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi “Education 2018”, 12-ci Azərbaycan Beynəlxalq Karyera Sərgisi “Career 2018”, 24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi “BakuBuild Azerbaijan 2018”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi “Caspian MebelExpo”, 11-ci Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Sərgisi “Aquatherm Baku”, 11-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi “CIPS”, 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi “Caspian Ecology” və 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı “Bakutel 2018”. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət