30 iyun 2018-ci il tarixinə Azərbaycanın dövlət borcu $10,1 mlrd.-a yaxın qiymətləndirilir. Bu barədə Hesablama Palatasının materiallarında qeyd edilir.
Palatanın məlumatına görə, iyunun sonuna Azərbaycanın xarici borcu $9,5 mlrd. və ya ÜDM-in 21,6%-i səviyyəsində qiymətləndirilir və cari ilin yanvar-iyun aylarında 1,1% artıb.
Yarımilliyin sonuna adambaşına dövlət borcu $957,5 təşkil edir (yanvar-iyun aylarında artım 8,4%).
1 iyul 2018-ci il tarixinə xarici borc 1 mlrd. manat ($588,2 mln.) təşkil edir, bu da cari ilin əvvəlinə olan göstəriciyə uyğundur.
Qeyd olunur ki, 2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən xarici borcun xidmətinə 919 mln. 698,9 min manat. Bunun 670 mln. 826,1 min manatı əsas borcun ödənilməsinə, 248 mln. 872,8 min manatı faizlər üzrə ödənişlərin payına düşüb.
Hesabat dövründə 59 mln. 550,9 min manat daxili borcun xidmətinə yönəldilib. Bunun 12 mln. 984 min manatı əsas borcun ödənilməsi, 46 mln. 566,9 min manatı faizlər üzrə ödənişlərin payına düşüb.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 mlrd. 7,4 mln. manat təşkil edir. Dövlət borcu strukturunda 15 mlrd. 978,1 mln. manat ($9 mlrd. 398,3 mln.) və ya 93,9%-i xarici borc, 1 mlrd. 29,3 mln. manat və ya 6,1%-i daxili borcun payına düşüb. Ümumilikdə, xarici borcun xüsusi çəkisi ÜDM-in 22,8%-ni, daxili borcun xüsusi çəkisi - ÜDM-in 1,5%-ni təşkil edir.
Hökumətin qiymətləndirmələrinə əsasən, dövlət borcu portfelinin həcmi 2018-ci ilin sonuna $10,4 mlrd.-a çatacaq. 2019-cu ildə dövlət borcu $10,9 mlrd. və ya ÜDM-in 24,7%-ə qədər artacaq. , Lakin, artıq 2020-ci ildən dövlət borcunun həcmi azalmağa başlayacaq. Xüsusilə, 2020-ci ildə dövlət borcunun həcmi $10,7 mlrd.-a qədər (ÜDM-in 22,7%-i), 2023-cü ildə – $9 mlrd.-a qədər (ÜDM-in 17,6%-i), 2025-ci ildə – $7,7 mlrd.-a qədər (ÜDM-in 14,1%-i) azalacaq.
Hökumətin proqnozlarına görə, 2018-2025-ci illərdə dövlət borcuna xidmət xərclərinin həcmi azalacaq. 2018-ci ildə bu məqsədlərə xərclər $1 mlrd. 294,5 mln. təşkil edəcək. 2019-cu ildə bu məqsədlərə $1 mlrd. 293,2 mln., 2020-ci ildə - $1 mlrd. 257,9 mln., 2023-cü ildə - $1 mlrd. 4,7 mln., 2025-ci ildə - $906,5 mln. vəsait yönəltmək planlaşdırılır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət