Xorvatiya Azərbaycanla, o cümlədən əczaçılıq sahəsində birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçdeyib.
“Biz, həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil”, - K.Qrabar-KitaroviçAzərbaycan prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışında bildirib.
Onun sözlərinə görə, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. “Biz, həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq”, - prezident qeyd edib.
Bununla bağlı şirkətlər tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. “Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcək”, - o vurğulayıb.
K.Qrabar-Kitaroviç əlavə edib ki, Xorvatiya eyni zamanda, gəmiqayırma sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. “Bizim 6 gəmi ilə bağlı müzakirələrimiz oldu. Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam etdiriləcək”, - o bəyan edib.
Prezident kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət