Avtomobil Yolları Dövlət Agentliyi 2018-ci ilin oktyabr ayında paytaxtın Babək prospektinin yenidən qurulması işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə Agentliyinin məlumatında deyilir.
“Uzunluğu 9 kilometr olan Babək prospektinin yenidən qurulması işləri davam etdirilir. Yolun hərəkət hissəsi bərpa olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir. Ümumilikdə prospektin 323,609 min kvadratmetr sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub”, - məlumatda qeyd olunur.
Bundan əlavə, aparılan yenidənqurma zamanı səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir.
“Ümumilikdə, yenidənqurma işlərinin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də Bakı şəhərinin Babək prospektinin yenidən qurulması üçün Avtomobil Yolları Dövlət Agentliyinə 20,1 mln. manatın ayrılmasını tapşırıb.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət