2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 1 mln. 976,9 min əcnəbi vətəndaş gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana 8,5% çox əcnəbi gəlib. Gələnlərin 31,6%-i Rusiya Federasiyası, 19,5%-i Gürcüstan, 9,4%-i İran, 9,8%-i Türkiyə, 3,5%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır”, - məlumatda bildirilir.
Gələnlərin 66,4%-ni kişilər, 33,6%-ni isə qadınlar təşkil edib.
“Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı və Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 1,9 dəfə, Oman vətəndaşlarının sayı 9,5 dəfə artıb”, Komitədən qeyd olunub.
Eyni zamanda, yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə İraq vətəndaşlarının sayı 25,4%, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 5,6% azalıb.
2018-ci ilin yanvar-avqust aylarında MDB ölkələrindən gələnlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5% artaraq 734 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8% artaraq 77 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1%-i dəmir yolu və avtomobil, 42,9%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.
2018-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 3 mln. 89,8 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi Gürcüstana, 29,7 faizi İrana, 19,6 faizi Rusiya Federasiyasına, 13,4 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
“Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,1 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib”, - məlumatda bildirilir.**
B Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət