Asiya İnkişaf Bankı 2018-ci ildə Azərbaycan ÜDM-in artım proqnozunu 1,7% səviyyəsində saxlayıb. Bu barədə yenilənmiş Asian Development Outlook 2018 icmalında qeyd edilir.
Bankın qiymətləndirmələrinə əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM-in artım proqnozu 2% səviyyəsində saxlanılıb.
“2018-ci ilin birinci yarısında iqtisadi artım bir il öncə 1,3% azalmaya qarşı 1,3% təşkil edib. Cari ilin yanvar-iyun aylarında neft sektorunda artım 0,1%, qeyri-neft sektorunda - 2% təşkil edib”, - icmalda qeyd olunur.
Birinci yarımillikdə sənaye istehsalında artım 1,2%, ASK sahəsində - 7,6%, xidmətlər sahəsində - 3,1% təşkil edib.
Proqnozlara görə, 2018-ci ildə Azərbaycanda inflyasiya 4,5%-dək azalacaq (aprel proqnozu - 7% olub), lakin 2019-cu ildə 5%-dək sürətlənəcək (aprel proqnozu - 8%). Bankın qiymətləndirmələrinə əsasən, 2018-ci ilin dördüncü rübündə kommunal xidmətlərin tariflərinin artması az ehtimal olunur. Bu səbəbdən bank 2018-2019-cu illər üzrə inflyasiya proqnozlarını azaldıb.
Bankın proqnozlarına əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 7,9% (aprel proqnozu - ÜDM-in 6,9%-i), 2019-cu ildə - ÜDM-in 10,9% təşkil edəcək (aprel proqnozu - ÜDM-in 6,2%-i).
“2018-ci ilin birinci yarısında xarici ticarətdə Azərbaycanın müsbət saldosu $4,3 mlrd. təşkil edib. Hesabat dövründə ixrac 34,7% artıb, bu da qismən neftin yüksək qiyməti ilə əlaqədardır. Eyni zamanda, qeyri-neft məhsullarının ixracı 20,1% artıb. Neftin qiymətinin yüksək səviyyədə qalması 2018-2019-cu illərdə Azərbaycanın tədiyə balansının profisitinə müsbət təsir edəcək”, - bank vurğulayır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət