Oktyabrın 6-da Moskvanın Yekaterininskaya parkında təşkil olunacaq Nar bayramında səmaya nar formasında aerostat buraxılacaq.
"Qonaqlara nardan hazırlanmış içkilər, souslar, desertlər və ədviyyatlar təklif olunacaq. Baş aşpazlar isə narı tez təmizləməyi, əti nar şirəsində marinada qoymağı və qeyri-adi desert – “karameldə nar” desertini hazırlamağı öyrədəcəklər", - deyə "Milli aksent" («Национальный акцент») portalı xəbər verir.
Qeyd olunur ki, bayramda rəsm, fotoqrafiya və şərq rəqsləri üzrə ustad dərsləri, interaktiv oyunlar, müsabiqələr və viktorinaların keçirilməsi planlaşdırılıb.
"Səhnədə Azərbaycanın əməkdar mədəniyyət xadimi Boris Şvartsman, "Azərbaycanın səsi" və "AzəriStar" müsabiqələrinin laureatı Ülkər Şahbazova, "Qarabağ" rəqs ansamblı və digər kollektivlər çıxış edəcək", - deyə nəşr qeyd edir.
Nar festivalı 2006-cı ildən Göyçay rayonunda keçirilir.
Festival bu il Göyçayda 26 oktyabr-7 noyabr tarixlərində baş tutacaq. Festivalda narın 60-dan çox növünün yarmarkası keçiriləcək, burada bişmiş, qaynadılmış, qovrulmuş və s. şəkildə hazırlanmış nar təqdim ediləcək, həmçinin Azərbaycan yeməklərinin dequstasiyası olacaq.
Festival 2017-ci ildən Moskvada da keçirilir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət