2014-2018-ci illərdə Azərbaycan regionlarının inkişafına 67 mlrd. manatdan çox vəsait yönəldilib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ümumilikdə bu illər ərzində regionların inkişafına 67 mlrd. manatdan çox vəsait yönəldilib”, - deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, son 15 ildə ölkəmizdə yaradılmış 2 milyondan çox iş yerinin 75 faizi regionların payına düşür.
Ş.Mustafayev qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı IV Dövlət Proqramının layihəsi hazırlanıb. “Yeni dövlət proqramında regionların dayanıqlı və tarazlı inkişafının təmin olunması, o cümlədən yerlərdə rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsi istiqamətində əhatəli tədbirlər nəzərdə tutulub”, - deyə o vurğulayıb.
Əvvəlki dövlət proqramlarında genişmiqyaslı infrastruktur və investisiya layihələrinin həyata keçirildiyini nəzərə alaraq, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi məqsədilə yeni dövlət proqramında iqtisadiyyatın real sektorunun inkişafının dəstəklənməsi, həmçinin sahibkarlığın inkişafının stimullaşdırılmasının davam etdirilməsi, onların zəruri bilik və bacarıqlarının artırılması, məsləhət və digər xidmətlərlə təmin edilməsi məsələləri prioritet hədəflər kimi müəyyənləşdirilib.*
B.Rüstəmbəyov
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət