Azərbaycan 2004-2018-ci illərdə xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Ümumilikdə son 15 ildə Azərbaycandan xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldilib”, - deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib.İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9 mindən çox şirkəti qeydiyyatdan keçib.
Ş.Mustafayevin sözlərinə görə, xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Mərkəzi Avropada Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Belarus, Ukrayna, Latviya və Çində Azərbaycan ticarət evləri açılıb. Bu yaxınlarda isə Azərbaycanın xarici ölkədə ilk şərab evi Çində fəaliyyətə başlayıb. Bundan başqa, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və Qazaxıstanda ticarət evlərinin yaradılması işlərinə başlanılıb.
O əlavə edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə 2018-ci ilin mayında Həştərxanda Azərbaycan İş Mərkəzi açılıb. İş Mərkəzində Azərbaycan məhsullarının nümayiş olunduğu daimi sərgi fəaliyyət göstərir. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evlərinın açılması nəzərdə tutulub. Bununla bərabər, Azərbaycanın Çin, Körfəz, MDB və bir sıra Avropa İttifaqı ölkələrində də ticarət və şərab evlərinin açılması planlaşdırılır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət