Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) QSC 2019-cu ilin sentyabr ayında unikal “Ro-Pax” tipli gəmi-bərəni istismara verməyi planlaşdırır. Bunu cəmiyyətin sədri Rauf Vəliyev deyib.
“Son beş ildə Gəmiçiliyin donanması 20-dən çox yeni gəmi ilə möhkəmləndirilib. Hazırda Bakı Gəmiqayırma Zavodunda dənizçilərimiz üçün dörd gəmi tikilir. İki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərədən birinin gələn ilin sentyabrında, digərinin isə 2020-ci ilin yanvarında istismara verilməsi planlaşdırılır”, - deyə o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibəti ilə təbrikində bildirib.
Sədrin sözlərinə görə, uzunluğu 154,5, eni 17,7 metr olan bu gəmi-bərələr 56 vaqon və ya 50 yük maşını, 100 sərnişin daşıya biləcək. Bakı Gəmiqayırma Zavodunda Gəmiçilik üçün “Gəncə” tipli iki tankerin inşası da sürətləndirilib və onların gələn il istismara verilməsi planlaşdırılır.
Xəbər verildiyi kimi, AXDG və Bakı Gəmiqayırma Zavodu (“Baku Shipyard”) 2016-cı ilin oktyabr ayında “Ro-Pax” tipli 2 bərənin inşası haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 132 mln. manatdır.
Dedveyti 5,54 min ton olan gəmilər göyərtəyə 56 dəmir yolu sisterni, 46 yarımvaqon (13,9 metrlik) və ya 44 yük vaqonu (14,7 metrlik) götürə bilər. Gəmilərin quruluşu, həmçinin 50 təkərli yük maşınının (TIR-trak) daşınmasına imkan yaradır, göyərtə hissəsinə isə 100 sərnişin yerləşir.
Bundan başqa, 2016-cı ilin noyabr ayında AXDG və Bakı Gəmiqayırma Zavodu arasında 2 yeni tankerin inşası haqqında müqavilə bağlanıb. Tankerlərin dedveyti 8,009 min ton, suya oturumu 4,5 metr, sürəti 10 dəniz mili, heyəti 11 nəfər təşkil edəcək.
Prezident İlham Əliyev 2013-cü il oktyabr ayının 22-də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının bazasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət