“Moody`s Investor Service” beynəlxalq reytinq agentliyi "Kapital Bank"ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “Ba3” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinqin proqnozu “neqativ”dən “stabil”ə dəyişdirilib.
“Kapital Bank”ın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1”, kontragentin uzunmüddətli risk dəyərləndirməsi “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsi isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib.
«Reytinqin təsdiq edilməsi və proqnozun “neqativ”dən “stabil”ə yüksəldilməsi Azərbaycanda əməliyyat mühitinin yaxşılaşmasının, eləcə də bankın maliyyə dayanıqlılığı və kredit ödəmə qabiliyyətinin göstəricisidir», - deyə məlumatda bildirilir.
Agentlik qeyd edir ki, “Kapital Bank” aktivlərin keyfiyyətini saxlamağa müvəffəq olub, problemli kreditlərin səviyyəsi cəmi 6-7% təşkil edir.
«Bankın kredit portfelinin səviyyəsi ölkə üzrə mövcud olan səviyyəyə nisbətən daha yaxşıdır. Bu, bank tərəfindən xarici valyutada kreditləşdirmənin səviyyəsinin azaldılması, eləcə də əsas diqqətin dövlət müəssisələri və pensiyaçılara xidmət göstərilməsinə yönəldilməsi ilə əlaqədardır», - deyə məlumatda qeyd olunur.
2018-ci ilin I yarısında “Kapital Bank”ın xalis mənfəəti 64,8 mln. manat təşkil edib.
“Moody`s”in qiymətləndirmələrinə görə, “Kapital Bank” bu il səhmdarlara dividendlərin ödənilməsinə 94,8 mln. manat yönəldib. Buna baxmayaraq, agentlik ilin sonunadək 40 mln. manatlıq səhmlərin əlavə emissiyasının başa çatdırılması planları hesabına kapitalın adekvatlığının uyğun səviyyədə saxlanacağını proqnozlaşdırır. Bundan əlavə, agentlik gələn il “Kapital Bank”ın cari ilin yekunları üzrə xalis mənfəətinin 60%-nin dividendlərin ödənilməsinə yönəldiləcəyini gözləyir.
Bununla yanaşı, bankın bazar aktivlərinin və likvidlik göstəricilərinin stabil qalacağı gözlənilir.
Uzunmüddətli perspektivdə bankın reytinqinin yüksəldilməsi aktivlərin keyfiyyətinin dayanıqlı olaraq yaxşılaşdırılması şərtilə mümkündür.
"Kapital Bank" Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət