“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Çinin “CNEEC” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Memorandum iqtisadiyyat naziri Şahin Mustafayev ilə “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Zheng Chengjun arasında görüşün sonunda imzalanıb.
CNEEC-in vitse-prezidenti qeyd edib ki, şirkət Azərbaycanda bir sıra layihələrin reallaşdırılmasında iştirak edib. Z.Chengjun məlumat verib ki, “CNEEC” Azərbaycanda avtomobil şinlərinin istehsalında maraqlıdır.
Öz növbəsində, Ş.Mustafayev qeyd edib ki, Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkət fəaliyyət göstərir.
Həmçinin nazir məlumat verib ki, yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 848,9 mln. ABŞ dolları təşkil edib. “Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 50%-i Azərbaycanın payına düşür”, - Ş.Mustafayev bildirib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət