“AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi və bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Memorandumu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.
“Sənəd əməkdaşlığın genişləndirilməsini və optimallaşdırılmasını, elmi-texniki inkişafın dəstəklənməsini, geoloji-kəşfiyyat və dağ-mədən sənayesi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsinə töhfə verilməsini nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, “AzerGold”un istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
“AzerGold” 2016-cı ildə “Çovdar” yatağından hasilata başlayıb. Bu günədək yataqdan hasil edilmiş 93 min unsiya qızıl və 142 min unsiya gümüşün ixracından Azərbaycan 205 mln. manat gəlir əldə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət