İndiyədək Azərbaycanda investisiya müsabiqələri vasitəsilə 125 müəssisə özəlləşdirilib, həmin müəssisələrə yatırılan ümumi investisiyaların həcmi 1,1 mlrd. manat təşkil edib. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov deyib.
“İnvestisiya müsabiqələri vasitəsilə yalnız orta və iri müəssisələr özəlləşdirilir. Özəlləşdirməyə başlanandan bütün dövr ərzində ölkədə investisiya müsabiqələri vasitəsilə 125 müəssisə özəlləşdirilib. Həmin müəssisələrə sərmayələr 1,1 mlrd. manat təşkil edib”, - K.Həsənov cümə günü Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında çıxışı zamanı bildirib.
O, həmçinin məlumat verib ki, 1995-ci ildən etibarən Azərbaycanda 50 mindən çox obyekt və kiçik müəssisə özəlləşdirilib. O cümlədən, 1,6 mindən çox səhmdar cəmiyyəti yaradılıb, 300 min şəxs səhm sahibi olub.
K.Həsənov qeyd edib ki, son 2 il ərzində obyektlərin özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 200 mln. manat təşkil edib. “Son bir il ərzində isə 1,5 min obyekt özəlləşdirilib”, - o vurğualyıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət