2018-ci il iyulun 1-nə dövlət büdcəsinə vergi borcları 1 mlrd. 118,129 mln. manat təşkil edir və I yarımillikdə 5,1% artıb.
Büdcə materiallarına əsasən 2018-ci il iyulun 1-nə vergi borclarının strukturunda 845 mln. 46,2 min manat (cari ilin yanvar-iyun aylarında artım 0,2%) əsas borcun payına düşür.
1 iyul tarixinə maliyyə sanksiyaları ilə əlaqədar borcun məbləği 141 mln. 915,5 min manat (azalma 2,7%, cərimələr üzrə isə 131 mln. 167,3 min manat (artım 77,3%) təşkil edir.
Cari ilin I yarısında dövlət şirkətlərinin əsas borcu 166 mln. 244,8 min manatadək, özəl şirkətlərin əsas borcu 717 mln. 124,5 min manatadək artıb.
Neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu 3,1%, qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcu isə 96,9% təşkil edir.
İyul ayının 1-nə vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 mlrd. 446,192 mln. manat artıq vergi (I yarımillikdə azalma 3,9%) ödənilib ki, bu da vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcundan 2,2 dəfə çoxdur.
Vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş vəsaitlərin 54,8%-i özəl sektorun, 19,9%-i dövlət şirkətlərinin, 17,2%-i xarici şirkətlərin, 8,1%-i digər vergi ödəyicilərinin payına düşür. Bu vəsaitlərin 6,2%-i neft sektorunda fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət