Azərbaycan hökuməti 2019-cu ildə tütün məmulatlarının idxalına tətbiq edilən aksiz dərəcələrini artırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu 2019-cu ilin büdcə materiallarına əsasən idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə dövlət büdcəsinə daxilolmalar 248,658 mln. manat (2018-ci ildə 90 mln. manat) məbləğində nəzərdə tutulub, yəni daxilolmaların 2,7 dəfə artacağı proqnozlaşdırılır.
Cari ilin yanvar-avqust aylarında Azərbaycana gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə 70 mln. 651 min manat məbləğində vəsait daxil olub ki, bu da ötən ilin 8 ayının göstəricisindən 2,8 dəfə çoxdur.
Xəbər verildiyi kimi, hökumətin qərarı ilə 2018-ci ilin yanvar ayından ölkəyə gətirilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri artırılıb. Xüsusilə 1000 ədəd siqarın idxalına 20 manat (əvvəllər 10 manat), 1000 ədəd siqaretin idxalına 12 manat (əvvəllər 4 manat) məbləğində aksiz dərəcəsi tətbiq olunub.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət