“Kaspersky Lab” texnologiyalarının ən çox qeydə aldığı veb-təhdidlərin sayına görə ölkələr siyahısında Azərbaycan 7-ci yeri tutur.
“2018-ci ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokal təhdidlərlə, yəni, sərt disk və USB-fleşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qaraşılaşıblar”, - Kaspersky Lab” şirkətinin Azərbaycanda həllərinin işə düşməsinin anonim statistikasına əsaslan məlumatında qeyd olunur.
Bundan başqa, 2018-ci ilin 9 ayı ərzində Azərbaycanda istifadəçilərin 44%-i şəbəkədə müxtəlif zərərli proqramlarla rastlaşıb. Korporativ istifadəçilər arasında isə bu göstərici 17% təşkil edib.
“İstifadəçilər tez-tez (hadisələrin 42%-də) “troyan clicker”lər adlanan zərərverici proqramlarla qarşılaşıblar, hansılar ki, istifadəçilərin xəbəri olmadan artırılmış trafiki generasiya etmək məqsədilə bəzi veb-səhifələri “klikləyirlər”. Bundan başqa, təxminən hər beşinci Azərbaycan istifadəçisinin qurğusunda kriptovalyutaların mayninqi üçün proqram təminatının quraşdırılması cəhdi qeydə alınıb”, - məlumatda deyilir.
“Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədovun qeyd etdiyi kimi, gələn il Azərbaycanda mobil qurğulara hücumların sayında artım gözlənilir.
“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizliyə lazımi diqqət yetirilmirsə. Ehtimal edirik ki, gələn il mobil qurğulara hücumların sayında artım gözlənilir. Bundan başqa, kriptovalyutalar və maliyyə sistemləri böyük ehtimalla kibercinayətkarların yeni hədəflərinə çevriləcək”, - o bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət