Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda ÜDM artımını 1,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın “Regional iqtisadi perspektivlər” (Regional Economic Prospects) adlı noyabr icmalında qeyd olunur.
AYİB cari ilin may ayında Azərbaycanda 2018-ci il üçün ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırmışdı.
Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% (dəyişməyib) artacaq.
"2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə ÜDM ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,8% artıb ki, bu da qeyri-neft sektorunda 1% artımla şərtlənib. 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-nin həm də qaz hasilatının və onun ixrac potensialının yüksəlməsi hesabına tədricən artacağı gözlənilir", - deyə bank qeyd edir.
Orta illik inflyasiya 2017-ci ildə qeydə alınmış 12,9%-dən 2018-ci ilin 9 ayının yekunları üzrə illik hesablamada 2,6%-dək azalıb.
"2018-ci ilin III rübünün sonuna Azərbaycanın valyuta ehtiyatları $44,5 mlrd.-a çatıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 8,2% çoxdur", - deyə icmalda bildirilir.
AYİB, həmçinin bildirir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın iqtisadi inkişafı üçün risk yaradır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət