İngiltərənin Cinayətkarlığa qarşı Milli Agentliyi (NCA) Londonun ən bahalı Harrods dükanında, güman edildiyi kimi, 16 mln. funt ($20,7 mln.) xərcləmiş qadının sərvətinin mənbəyinin yoxlanılması çərçivəsində, dəyəri 400 min funtdan çox olan zərgərlik məmulatlarına həbs qoyub. Bu barədə BBC xəbər verir.
Söhbət “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin hazırda Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevadan gedir.
Britaniya hakimiyyəti onun Londonda dəyəri 22 mln. funt ($28,5 mln.) olan əmlakı necə aldığının izahatını istəyir.
“İş çərçivəsində müsadirə olunmuş zərgərlik məmulatlarına Christie`s hərrac evində qiymət qoyulub. “Daily Telegraph” qəzeti yazır ki, onların hərraca qoyulması nəzərdə tutulurdu», - deyə materialda qeyd olunur.
Oktyabr ayının əvvəlində Z.Hacıyeva Britaniyada NCA tərəfindən sərvətinin mənbəyinin yoxlanılması tələb olunan ilk əcnəbi oldu.
Z.Hacıyeva bütün vəsaitləri qanuni yolla əldə etdiyini deyərək, NCA-nın araşdırmanı dayandırması xahişi ilə məhkəməyə müraciət edib. Lakin ötən həftə məlum olub ki, NCA Christie`s-də dəyəri qiymətləndirilmiş 50-yə yaxın zərgərlik məmulatına həbs qoyub. Onların arasında Boucheron-dan olan 120 min funt sterlinq ($156 min) dəyərində yaqutdan düzəldilmiş boyunbağı da var.
Müsadirə edilən əşyalar arasında Van Cleef & Arpels mirvari boyunbağının qiyməti isə 20 min funt sterlinqdir ($26 min). Bəzi məlumatlara görə, C.Hacıyev bu əşyanı 2008-ci ildə İsveçrədə, St Moritz-də alıb. Zinət əşyaları Z.Hacıyevanın qızı Leyla Mahmudova üçün qiymətləndirilib.
NCA bildirir ki, bu əşyaları müvəqqəti müsadirə edib. Çünki onların alınması üçün vəsaitin mənbəyinin araşdırılmasını vacib hesab edir.
Vestminister şəhər məhkəməsinin çıxardığı qərara əsasən pulların mənbəyinin araşdırılması çərçivəsində NCA zinət əşyalarını yarım il ərzində özündə saxlaya bilər.
Maliyyə fırıldaqlarında ittiham olunan C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Aparılmış istintaqla 2001-2015-ci illərdə ABB-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etdiyi, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açdığı və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verdiyi müəyyən edilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət