SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin sonuna kimi Rusiyadan qaz idxalını başa çatdıra bilər. Bunu "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.
""Qazprom" PSC ilə müqavilə 2018-ci ilin sonunadək qüvvədədir və müqavilə üzrə qalmış həcmlərin cari ilin sonuna kimi SOCAR-a tədarük ediləcəyi ehtimalı var. Nəzəri olaraq bu həcmləri növbəti illərə də keçirmək olar, amma belə ehtimal hələ ki ideya olaraq mövcuddur", - deyə o qeyd edib.
Rəsmi nümayəndənin sözlərinə görə, "Qazprom"la qüvvədə olan müqavilə çərçivəsində SOCAR-ın almalı olduğu qazın qalmış həcmi az - bir neçə yüz milyon kubmetrə qədərdir.
İ.Əhmədov bir daha vurğulayıb ki, mövcud sazişdən kənar Rusiyadan əlavə qaz həcmlərinin idxalı məsələsi nəzərdən keçirilmir.
21 noyabr 2017-ci il tarixində “Qazprom eksport” ASC və SOCAR arasında Azərbaycana qaz tədarükü haqqında müqavilə imzalanıb. Tədarükə noyabrın 22-dən başlanılıb. 1 illik müqavilə çərçivəsində Azərbaycana 1,6 mlrd. kubmetr Rusiya qazının tədarükü planlaşdırırlır.
Ötən il Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət