Azərbaycan Çinə gömrük və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə işçi qruplarının təşkilini təklif edib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
İqtisadiyyat naziri Şahin Mustafayev çərşənbə günü Pekində Çinin Dövlət Gömrük Administrasiyasınınsədr müavini Li Quoilə görüşdə gömrük sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün İşçi Qrupunun yaradılmasını təklif edib.
O cümlədən, Ş.Mustafayev qeyd edib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20% artıb.“Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46%-i Azərbaycanın payına düşür. Azərbaycanın Çində ticarət nümayəndəsi, Ticarət evləri fəaliyyət göstərir”, - nazir əlavə edib.
L.Quo Çinin Azərbaycanla ticarət əlaqələrinin genişləndiriməsində maraqlı olduğunu, bunun üçün gömrük orqanları arasında əməkdaşlığın inkişafının önəmini vurğulayıb.
Həmçinin, Ş.Mustafayev Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu ilə görüşüb. Görüşdə nazir nəqliyyat sahəsində əlaqələrin koordinasiyası məqsədilə İşçi Qrupun yaradılmasını təklif edib. “O cümlədən, Bakıda Çin, Türkiyə, Qazaxıstan və Gürcüstanın iştirakı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı tədbir keçirə bilərik”, - Ş.Mustafayev əlavə edib.
Öz növbəsində Lu Donqfu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb, nəqliyyat sahəsində əlaqələrin koordinasiyası məqsədilə İşçi Qrupun yaradılması barədə təklifi razılıqla qarşılayıb. **
B.Rüstəmbəyov, Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət