Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Polşa tərəfindən isə Xarici İşlər Nazirliyinin təhlükəsizlik, şərq siyasəti və Amerika siyasəti üzrə dövlət katibinin müavini Bartoş Cixotskiarasında Bakıda ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
“Görüş zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub və tezliklə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti qeyd edilib”, - XİN-nin məlumatında deyilir.
X.Xələfov Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin iki ölkənin potensialına uyğun olmadığını və mövcud imkanlardan tam istifadə edilməsinin zəruriliyini qeyd edib.
Nazir müavini Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat, infrastruktur, enerji, kənd təsərrüfatı, turizm, sənaye və s. layihələri haqqında həmsöhbətinə məlumat verib. O cümlədən, Polşa şirkətlərinin sözügedən layihələrdə daha fəal iştirakının arzulandığını diqqətə çatdırıb.
Görüşdə həmçinin tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni müzakirə ediblər. B.Cixotski Polşanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin çoxtərəfli mexanizmlər çərçivəsində dinc yolla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizama salınması üzrə mövqeyinin dəyişilməz olduğunu vurğulayıb.
Nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunaraq, Azərbaycan-Aİ, Azərbaycan-NATO münasibətlərinin ölkəmizin xarici siyasət prioritetlərindən biri olaraq qaldığını diqqətə çatdırıb və sözügedən təşkilatlarda Polşa tərəfinin dəstəyinə görə məmnunluğunu bildirib.
X.Xələfov Azərbaycanın NATO üzv ölkələri ilə yalnız sözügedən təşkilat çərçivəsində deyil, həmçinin ikitərəfli formatda hərbi-texniki əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət