2018-ci il sentyabr ayının sonuna Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsi çərçivəsində xərclərin ümumi məbləği $31,8 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə "Cənub Qaz Dəhlizi" QSC-dən məlumat verilib.
“Sentyabr ayının sonuna olan vəziyyətə görə, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin reallaşdırılmasına $18,2 mlrd. (layihənin dəyəri $22,7 mlrd. təşkil edir), Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinə (CQBKG) $4,3 mlrd. (layihənin dəyəri $4,5 təşkil edir), Trans-Anadolu boru kəmərinin (TANAP) tikintisinə $5,7 mlrd. (dəyəri - $8 mlrd.), “Trans-Adriatik” boru kəmərinin (TAP) tikintisinə 3,2 mlrd. avro və ya $3,6 mlrd. (dəyəri 4,5 mlrd. avro) xərclənib”, - deyə məlumatda bildirilir.
Beləliklə, sentyabr ayının sonuna layihə çərçivəsində ümumi xərclər $31,8 mlrd. məbləğində qiymətləndirilir.
Bu il sentyabr ayının sonunadək “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə avadanlıqlar və qurğular üzrə inkişaf 91,7% olub. Həmçinin Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ümumi inkişaf 99,5% təşkil edib, TANAP-ın inşası üzrə işlərin 97,6%-i icra olunub, TAP-ın inşası üzrə isə işlərin 80,7%-i tamamlanıb.
“Cənub Qaz Dəhlizi” QSC "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP qaz kəmərlərinin tikintisi ilə əlaqədar yaradılıb.
Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də iştirak payının maliyyələşdirilməsini təmin edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət