Enerji səmərəliliyivə bərpa olunan enerji mənbələri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda əməliyyatlar üzrə strategiyasının istiqamətlərindən biri olacaq. Bu barədə bankın vitse-prezidenti Betsi Nelson Bakıda bəyan edib.
Energetika nazirinin müavini Samir Vəliyev çərşənbə axşamı B.Nelson və bankın Şərqi Avropa və Qafqaz regionu üzrə yeni icraçı direktoru Matteo Patrone ilə AYİB-in Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Bankın Energetika Nazirliyi ilə əməkdaşlığa dəyər verir və ölkədə enerji sektorunun inkişafında maraqlıdır. Yaşıl iqtisadiyyat, enerji səmıərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafına dəstək Avropa Yenidənqurma və İnkişaf Bankının hazırlayacağı Azərbaycanda əməliyyatlar üzrə yeni strategiyasının üç istiqamətindən biridir”, - nazirliyin mətbuat xidməti B.Nelsonun sözlərindən sitat gətirir.
Öz növbəsində, S.Vəliyev qeyd edib ki, Azərbaycan bazar münasibətlərinin formalaşdırılması, enerji resurslarından səmərəli istifadəsi, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafına nail olunması kimi istiqamətlərə yönəlib. O, həmçinin bərpa olunan enerji mənbələrinin istifadənin genişləndirilməsində özəl sektorun iştirakının və bu məqsədlə cəlbedici mühitin yaradılmasının vacibliyini vurğulayıb.
“Nazir müavini bildirilib ki, bərpa olunan enerjidən geniş istifadənin təmin edilməsi üçün şəbəkənin gücləndirilməsi layihəsinin həyata keçirilməsi üçün artıq məsləhətçi şirkət seçilib və fəaliyyətə başlanılıb. Bundan başqa Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı EBRD ilə əməkdaşlıq əlaqələrinə toxunulub. “Tənzimləyici haqqında” qanun layihəsinin hazırlanması məqsədilə tenderdə qalib gəlmiş məsləhətçi şirkətin yaxın vaxtlarda elan ediləcək”, - məlumatda deyilir.
Görüşdə həmçinin ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması, eləcə də Azərbaycanla Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı Fondu (E5P fondu) arasında əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 avqust 2018-ci il tarixinə olan məlumata görə, AYİB 3,2 mlrd. avro investisiya yatıraraq, Azərbaycanda 168 layihə maliyyələşdirib. Hazırda bank tərəfindən Azərbaycanda 50 layihə reallaşdırılır, AYİB-in aktiv portfelinin həcmi 1,4 mlrd. avro təşkil edir. Bunun 25%-i özəl sektor, 2%-i kapitala sərmayələrin payına düşür. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət