Аzərbaycan və Belarus Türkiyədə ildə 3 min ədədə qədər traktorun birgə istehsalını təşkil etmək niyyətindədir. Bunu “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.
"Minsk Traktor Zavodu və Gəncə Avtomobil Zavodu Türkiyədə traktor istehsalı və satışı sahəsində birgə fəaliyyət göstərməyi çoxdan planlaşdırır. Biz birinci il 500 ədəddən 1 min ədədədək, ikinci il isə 3 min ədəd traktor istehsal etməyi planlaşdırırıq”, - deyə o, Belarusun STV kanalında efirə gedən "Nedelya" (“Həftə”) proqramında bildirib.
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç isə birgə əməkdaşlığın strategiyasını daha geniş görür. O hesab edir ki, Azərbaycan və Belarus birgə layihə ilə traktorların ixrac coğrafiyasını genişləndirə bilər. "Bu, İran, Türkiyə, Pakistan və gələcəkdə Hindistandır", - deyə səfir qeyd edib.
Xəbər verildiyi kimi, avtomobil zavodunun rəhbərliyi Türkiyədə traktorların yığımının təşkilini onların üçüncü ölkələrə ixracı imkanı kimi nəzərdən keçirir. Traktorların yığılmasına 2019-cu İ-ci rübünda başlanıla bilər.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət