Çoxməqsədli Portonovi Resort Montenegrо kurortunun birinci mərhələsinin açılışı 2019-cu ildə olacaq. Bu barədə jurnalistlərə “Azmont Investments” şirkətinin Direktorlar Şurasının sədri Ahmet Erentok məlumat verib.
“2019-cu ildə Portonovi kurortunun ilk mərhələsi çərçivəsində Portonovi Village və Marina Residences istifadəyə veriləcək”, - deyə o, Bakıda 4-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi çərçivəsində layihənin təqdimatı zamanı bildirib.
A.Erentokun sözlərinə görə, layihəyə sərmayə qoyuluşları 650 mln. avro məbləğində qiymətləndirilir.
Sədr qeyd edib ki, artıq kurortdakı ev və villaların satışına başlanılıb, aktiv satışlara isə noyabrın 22-də start verilib. Satış 2019-cu ilin may ayınadək davam edəcək və paralel olaraq dünyanın müxtəlif şəhərlərində layihənin təqdimatı keçiriləcək.
O deyib ki, Portonovi kurortu 50-dən artıq lüks villa və 200-dən çox mənzilin yerləşdiyi 26 hektar ərazini əhatə edir. Kurorta, həmçinin Marina Residence, D-Marina Portonovi Marina, Village Residences və digər obyektlər də daxildir.
Kurortda mənzilin bir kvadratmetrinin orta qiyməti təxminən 8 min avro, minimal qiyməti isə 6 min avro təşkil edəcək.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət