Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsi Qaydaları”nı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MBNP-dan məlumat verilib.
Qaydalara əsasən körpü bank ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin müvəqqəti idarə edilməsi məqsədilə yaradılır.
Şərtlərə görə, körpü bank MPNP tərəfindən yaradılır və onun yeganə səhmdarı Palata hesab olunur. Körpü bankın nizamnamə kapitalı 4 min manat təşkil edəcək və Palata tərəfindən formalaşdırılacaq.
Körpü bankın idarəetmə orqanının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Müvəqqəti inzibatçı bankın dayanıqlı fəaliyyət göstərməsini təmin etməli, bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması, habelə bankın mənfəətliyinin artırılması istiqamətində tədbirlər görməlidir.
Körpü bank nəzərdə tutulmuş müddət (6-9 ay) ərzində satılmadıqda, Palata körpü bankın bank lisenziyasının ləğvi üçün müvafiq tədbirlər görməlidir.
Qaydalara görə, körpü bank tənzimləyicinin razılığı ilə depozitlər qəbul edə, kreditləri restrukturizasiya edə bilər. Körpü bank yeni kreditlər verə bilməz.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət