Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişikliklər layihəsi I oxunuşda qəbul edilib. Layihədə 2019-cu ildən etibarən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin, eləcə də sosial sığorta ayırmalarının tutulması sistemində əhəmiyyətli dəyişikliklərin edilməsi nəzərdə tutulur.
«Məqsədimiz vergitutma bazasının vergi yükü hesabına deyil, kölgə iqtisadiyyatının payının azaldılması hesabına genişləndirilməsidir. Bu, eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələlərinin həllinə də aiddir», - deyə vergilər naziri Mikayıl Cabbarov Məcəlləyə dəyişiklikləri şərh edərək bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda qeyri-rəsmi məşğulluq problemi mövcuddur. «Cari ilin 10 ayı ərzində Vergilər Nazirliyi tərəfindən sahibkarların əməkdaşlarla əmək müqaviləsi bağlamaması faktı üzrə 15 cinayət işi başlanıb. Lakin bu məsələni təkcə inzibati tədbirlərlə həll etmək mümkün deyil, stimullaşdırıcı mexanizmlər lazımdır. Buna görə biz qeyri-dövlət (qeyri-neft-qaz) sektorunda işləyən muzdlu işçilərdən gəlir vergisinin, eləcə də sosial sığorta ayırmalarının tutulması sahəsində islahat aparmağı təklif edirik», - deyə nazir qeyd edib.
«Biz ümid edirik ki, bu islahat bir sıra müsbət nəticələrə gətirib çıxaracaq. Xüsusilə qeyri-rəsmi məşğulluğun sayı azalacaq, əhalinin bank kreditlərinə çıxış imkanları genişlənəcək, nəticədə bankların aktivləri artacaq ki, bu da ölkə üzrə ÜDM-nin həcminin artmasına müsbət təsir göstərəcək. Həmçinin məcburi sosial sığorta ayırmaları üzrə daxilolmalar artacaq, iqtisadiyyatda nağdsız hesablaşmaların payı yüksələcək», - deyə M.Cabbarov əlavə edib.
2019-cu il dövlət büdcəsində gəlir vergisi üzrə daxilolmalar 880 mln. manat məbləğində nəzərdə tutulub.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət