Azərbaycan sərhədçiləri tərəfindən dövlət sərhədini silahlı şəxslər tərəfindən pozulma cəhdinin qarşısını alıblar.
“Noyabrın 29-da təqribən saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində ayaq izləri aşkar olunub”, - Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Qeyd olunan rayona əlavə qüvvələr cəlb olunub. “Təxminən saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edilib. Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanıb”, - DSX-nin məlumatında deyilir.
Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub.
Yaralanan sərhəd pozucusu İran vətəndaşı Nəsiri Şəhzad Şekar olması müəyyən edilib. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkarlanıb. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib.
Sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Nəsiri Şəhzad Şekarın 20 sentyabr 2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd pozucusu qismində tutulub, narkotik qaçaqmalçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilib. Həmin şəxs 6 aprel 2014-cü ildə İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilib.
Həmçinin müəyyən olunub ki, 2018-ci ilin 21 iyun tarixində Nəsiri Şəhzad Şekar İran-Azərbaycan dövlət sərhədinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə çavuş Ramazan Kurupovu yaralayıb. “Cümə günü Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, silahlı sərhəd pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçuları təltif edib”, - məlumatda vurğulanır. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət