Azərbaycan parlamenti bu gün keçirilən iclasda “Ümumi təhsili haqqında" qanun layihəsini I oxunuşda qəbul edib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə, qanun layihəsinin əsas müddəalarından biri uşaqların birinci sinifə qəbulu ilə bağlı maddədir.
“Hazırda birinci sinif şagirdlərinin qəbulu məsələsi əksər valideynlərin uşaqlarını 5 yaşında məktəbə vermək arzusu ilə çətinləşir. Qanun layihəsində deyilir ki, ibtidai təhsil 6 yaşından başlayır. Lakin, valideynlər və ya digər qanuni nümayəndələrin müraciəti əsasında təqvim ilinin sonunadək 6 yaşı tamam olacaq uşaqlar da məktəblərin birinci sinifinə qəbul olunacaq”, - İ.Həbibbəyli bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən xarici tədris müəssisələrində müəllim heyətinin əksər hissəsi yerli mütəxəssislərdən ibarət olmalıdır. “Azərbaycanda fəaliyyət göstərən xarici tədris müəssisələrində məktəb rəhbərinin müavini azərbaycanlı olmalıdır”, - İ.Həbibbəyli vurğulayıb.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov orta ümumtəhsil tədrsi proqramının sadələşdirilməsi zərurəti haqqında bəyan edib.
“Orta təhsil sistemini sadələşdirmək lazımdır. Uşaqları həddən artıq yükləmək olmaz. Biz məktəbdə təhsil alarkən idman, asudə vaxt, təhsilə zamanımız qalırdı. Bugünkü məktəblilər isə səhər saat 8-dən axşam saat 10-dək dərslərlə məşğul olmaq məcburiyyətindədirlər. Yəni biz bu mənada hətta Cənubi Koreyanı keçmişik. Orada uşaqlar gündəlik təhsilə zamanlarının 12-13 saatını sərf edirlər”, - S.Novruzov qqeyd edib.
Deputat ölkənin ucqar rayonlarında məktəb avtobusları təcrübəsinin tətbiqini təklif edib. Onun sözlərinə görə, qənaət olunan vəsait müəllimlərin əmək haqqlarını artrırmağa və normal tədris posesini təmin etməyə imkan yaradar.
“Bəzi bölgələrdə 150-dən çox məktəb fəaliyyət göstərir. Lakin onların bəzilərində tək sayda şagird tədris alır. Buna görə məktəb avtobusunun müxtəlif kəndlərdən uşaqları götürərək qonşu yaşayış məntəqəsindəki məktəbə aparması, sonra isə onları evlərinə çatdırması məqsədəuyğun olardı”, - S.Novruzov bildirib.
O, həmçinin özəl ödənişli məktəblərin sahibləri tərəfindən təhsil haqqının hansı həcmdə faizinin təhsilə və müəllimlərin əmək haqqlarına ayrılmasına dair hesabatın təqdim olunmasının zəruriliyini vurğulayıb.
Öz növbəsində, deputat Əli Məsimli dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin artırılmasının tərəfdarı olduğunu bildirib.
“Gələn ilə dövlət büdcəsindən təhsil sahəsinə 2,275 mlrd. manat ayrılıb, bu da Azərbaycanda ÜDM-in 3%-dən az təşkil edir. Baxmayaraq ki, dünya təcrübəsində təhsil sahəsinə dövlətin ÜDM-in 5-6%-i ayrılır”,- deputat qeyd edib.
Onun sözlərinə görə, məktəb müəllimlərinin əmək haqqlarını ölkə üzrə orta əmək haqqı səviyyəsinə çatdırmaq lazımdır. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət