Fransanın “Alstom” şirkəti Bakı-Tbilisi-Qars (BTQ) regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisini “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə çatdırıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“Qazaxıstanda “EKZ” Müştərək Cəmiyyətində istehsal olunan lokomotiv 7 dekabr tarixində Astanadan yola salınaraq Azərbaycana, Biləcəri qəsəbəsinə gətirilib. Şirkət bir neçə ay ərzində Azərbaycan dəmir yolu infrastrukturunda təsdiqləyici sınaqlar keçirəcək”, - deyə məlumatda bildirilir.
AZ8A Azərbaycan üçün işlənib hazırlanmış Prima T8 ağır yük lokomotividir. O, hazırda Qazaxıstanda xidmət göstərən KZ8A lokomotivlərinə və ADY-nin spesifik texniki tələblərinə əsaslanır, GOST (Müstəqil Dövlətlər Birliyinin texniki standartlaşdırma təşkilatı) standartlarına və göstəricilərinə uyğundur.
Səkkiz oxu olan Prima T8 dünyada ən güclü elektrik lokomotivlərindən biridir. Bu model quraşdırılmış 8,8 meqavatt davamlı güc ilə 9000 tona qədər yükü yedəyə almağa və saatda 120 km sürətlə hərəkət etməyə qadir olan iki hissəli yük lokomotividir. AZ8A -25°C - 50°C temperaturlarda fəaliyyət göstərmək üçün layihələndirilib. O, minimal texniki xidmət tələb edir və modulyar dizaynı sayəsində yüksək səviyyədə etibarlılıq, eləcə də aşağı istismar müddəti xərcləri ilə əlaqədar tələbləri təmin edir.
“Biz “Azərbaycan Dəmir Yolları”nın strateji partnyoru olmaqdan və ölkədə yük nəqliyyatına artan ehtiyacı qarşılamaqda kömək edəcək ilk yük lokomotivini çatdırmaqdan məmnunluq duyuruq”, - deyə “Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya Bölgəsi üzrə icraçı direktoru Bernard Peille vurğulayıb.
“Alstom Transportation S.A.” şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanlı lokomotiv alacaq. Bu lokomotivlərin 40-ı yük, 10-u isə sərnişin daşımalarında istismar olunacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabr ayının 30-da istismara verilib. Hazırda bu marşrutla yük daşımaları həyata keçirilir. İlkin mərhələdə yük daşımaları illik 5 mln. ton həcmində nəzərdə tutulur, gələcəkdə isə bu göstəricinin illik 15-17 mln. tonadək artacağı gözlənilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət