Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş poçt markası buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə alyansın sədri Elmar Məmmədov məlumat verib.
«Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş poçt markası Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşəbbüsü ilə buraxılıb. Marka dövriyyəyə 2018-ci il dekabr ayının 24-dən buraxılıb», - deyə o bildirib.
Sədrin sözlərinə görə, poçt markası prezident İlham Əliyevin doğum gününə həsr olunub.
«Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının ali rəhbərliyinin Şurasında sözügedən markanın buraxılması ideyası yekdilliklə dəstəklənib. Poçt xidməti və onun ən vacib atributu olan poçt markası tarixən bütün dünyada dövlətin, onun müstəqilliyi və suverenliyinin ayrılmaz simvolları, Ukrayna ərazisində Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə markanın buraxılması isə Azərbaycanın strateji tərəfdaş kimi Ukrayna üçün önəmini bir daha təsdiq edir», - deyə E.Məmmədov qeyd edib.
O vurğulayıb ki, İ.Əliyevin savadlı diplomatik strategiyası sayəsində Azərbaycan dünya arenasında həm iqtisadi, həm də bir çox digər sahələrdə öz yerini möhkəm surətdə tutub.
«Agentliyiniz vasitəsilə möhtərəm prezident İlham Əliyevi doğum günü münasibətilə bir daha təbrik edir, ona bütün işlərində uğurlar və Azərbaycanın çiçəklənməsini arzulayıram!», - deyə alyansın sədri vurğulayıb.
Bu gün prezident İlham Əliyevin 57 yaşı tamam olur.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət