Bayram günlərində qonşu ölkələrə gedən Azərbaycan vətəndaşları sərhəddə uzun müddət gözləməmək və sıxlıqla üzləşməmək üçün buraxılış məntəqələrindən keçmə vaxtını qabaqcadan planlaşdırmalıdırlar. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev belə hesab edir.
«Gömrük-buraxılış məntəqələrində sıxlığın səbəbi əsasən ondan qaynaqlanır ki, sakinlərin əksəriyyəti saat 9:00-10:00 arasında sərhədi keçmək istəyir. Buna görə də sərhəddə basırıq yaranır. Xüsusilə bu, İranla sərhəddə gömrük-buraxılış məntəqəsinə aiddir.
Buna görə əhalidən xahiş edirəm ki, sərhəd keçid məntəqələrinə günorta saatlarında gəlməyə çalışsınlar – məntəqələr 24 saat fəaliyyət göstərir», - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədr qeyd edib ki, keçid məntəqələrində sıxlığın aradan qaldırılması üçün gömrük orqanları sərhədçilərlə birgə gücləndirilmiş rejimdə işləyəcək.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət