Astara yükaşırma terminalının tikinti-quraşdırma işləri 2020-ci ilin I rübünün sonunadə başa çatdırılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Nazirlikdən qeyd olunub ki, bu məsələ iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə Astarada (İran) görüşü zamanı müzakirə olunub.
“Görüş çərçivəsində tərəflər Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olublar. Qeyd edilib ki, Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir. Artıq birinci mərhələ başa çatıb”, - nazirlikdən vurğulayıblar.
“Astaraçay və Kəmərbəndi körpüsü arasında 1,4 min metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1,44 min metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib. Astara yükaşırma terminalının 10 hektar ərazisində isə torpaq işlərinin 90%-i, suötürücü kanalın tikintisi işlərinin 85%-i yerinə yetirilib. Tikinti-quraşdırma işlərinin 2020-ci ilin birinci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur”, - nazirlikdən qeyd ediblər.
Azərbaycan hökuməti İranın sərhəddə yerləşən Astara şəhərində dəmiryol terminalının inşasına $60 mln. məbləğində sərmayə yatıracaq. ADY terminalları 25 il müddətinə icarəyə götürəcək. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət