2019-cu il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunması ilə bağlı orta illik gəlirlilik göstəricisi 2,14% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 0,18 faiz bəndi çoxdur. Bu barədə Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində deyilir.
“2019-cu il üçün orta illik gəlirlilik göstəricisinin 2,14% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən (1,96%) 0,18 faiz bəndi çoxdur”, - deyə rəydə bildirilir.
Gələn il ARDNF-in ABŞ dolları ilə investisiyalar üzrə gəlirliliyi 3,22542%, funt sterlinq ilə 1,33053%, avro ilə 0,03088%, digər valyutalarda 7,26483% səviyyəsində proqnozlaşdırılır.
«Fondun səhmlərə ABŞ dolları, avro və funt sterlinqlə investisiyalar üzrə gəlirliliyi 2%, digər valyutalarla investisiyalar üzrə gəlirliliyi 3% səviyyəsində proqnozlaşdırılır. ARDNF-in ABŞ dolları, avro, funt sterlinq və digər valyutalarla daşınmaz əmlaka investisiyalar üzrə orta gəlirliliyi 2,85% təşkil edəcək», - deyə rəydə qeyd olunur.
2019-cu il üzrə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərin həcmi $848,5 mln. və yaxud 1 mlrd. 442 mln. 495,1 min manat məbləğində proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən 18,5% çoxdur.
“2019-cu il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisinin 50%, avroda 35%, ingilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır”, - deyə Hesablama Palatası qeyd edir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət