2018-ci ilin yanvar-sentyabr aylarında Hasilatın Pay Bölgüsü haqqında Sazişlər (HPBS, PSA) çərçivəsində Azərbaycanın payına düşən mənfəət nefti və qazının satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) $7 mlrd. 445,8 mln. məbləğində vəsait daxil olub. Bu barədə fondun 2019-cu il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində deyilir.
«2017-ci ilin yanvar-sentyabr aylarında PSA tipli sazişlər çərçivəsində mənfəət nefti və qazının satışından ARDNF-in gəlirləri $4 mlrd. 602,6 mln., 2018-ci ilin yanvar-sentyabr aylarında isə $7 mlrd. 445,8 min (artım 61,8% - İF) təşkil edib», - deyə rəydə bildirilir.
2018-ci ilin 9 ayı ərzində mənfəət nefti və qazının satışı üzrə daxilolmalar aşağıdakı kimi olub: “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilmiş mənfəət neftinin satışından – $7 mlrd. 286,71 mln.; “Şahdəniz” yatağından kondensat qazının satışından – $114,59 mln.; Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş üzrə – $4,66 mln.; Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – $11,09 mln.; Kürsəngi və Qarabağlı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - $1 mln.; Neftçala neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə - $1,63 mln.; Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – $3,97 mln.; Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – $8,33 mln.; Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – $0,16 mln.; Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və HPBS üzrə – $0,7 mln.; Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə $13 mln.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət