Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) xərclər üzrə proqnozları sonrakı 3 il üçün hazırlamağı tövsiyə edir. Bu barədə fondun 2019-cu il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində deyilir.
“Uzunmüddətli investisiya strategiyasının səmərəli tətbiqinə, investisiya portfelinin bu strategiya fonunda daha da optimallaşdırılmasına və gəlirliliyin yüksəldilməsinə istiqamətlənən hədəflərə nail olunması üçün fondun xərclərinin növbəti illə yanaşı, sonrakı 2 il üçün də proqnozlaşdırılması istiqamətində təkliflərin verilməsi vacibdir”, – deyə rəydə qeyd olunur.
Xəbər verildiyi kimi, fondun 2019-cu il üçün gəlirləri 15 mlrd. 450 mln. 149,7 min manat, xərcləri 11 mlrd. 595 mln. 238,4 min manat məbləğində proqnozlaşdırılır.
2019-cu il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı orta illik gəlirlilik göstəricisi 2,14% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 0,18 faiz bəndi çoxdur.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət